Şou-Biznes

Fatimə Xuramana nələr dedi: Vaxtilə açıq-saçıq…

Sharing is caring!

Müğənni Xuraman Şuşalı teleproqramlardan birində “Məni xına aparıcıları ilə müqayisə etmələrini istəmirəm. Tək xına aparıcısı olaraq qalsam, müəllimlərimin haqqını itirmiş olaram. Məni nə rəqqasə, nə şair ilə bir qoymayın. Xınayaxdıya yarım saatlıq gedirəm" sözlərini söyləməklə rəqqasə Fatimə Fətəliyevanın xətrinə dəyib.

Lent.az xəbər verir ki, Fatimə müğənninin bu fikirlərinə əsəbləşərək sərt cavab verib :

"Dediyi yaxşı çıxmadı. Müğənnisənsə, müğənni kimi fəaliyyət göstər. Xına aparırsansa, bu işin içindəsən. Biz bu biznesin içindəyik və hərənin öz peşəsi var. Bir damcı xınadan nə qədər insan evinə ruzi aparır. Allah Xuramana ruzi verib. Vaxtilə açıq-saçıq geyinən müğənnilərdən idi. Allah ürəyinə sevgi verdi, hicab bağladı. Bağlanandan sonra Allah ona ruzi verib. Xına biznesdir, adət-ənənədir. Sən müğənnisənsə, mən də rəqqasəyəm".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir