Şou-Biznes

Murad Arif OD PÜSKÜRDÜ: “Müəmmalı olmamalıdır…” – FOTO

Sharing is caring!

Bəstəkar-müğənni, aparıcı Murad Arif sosial şəbəkədə "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinin seçimlərini tənqid edib.

Lent.az xəbər verir ki, o, "Twitter" hesabında izləyicinin sualına tənqidi şərh yazıb.

"Murad Arif "Avroviziya" 2023 üçün mahnı yazıb?" sualına "Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. Üç gündən sonra xaricdə çəkilmiş klipləri ilə "Avroviziya" təmsilçimizi elan etdilər. Belə müəmmalı olmamalıdır proses! Belə olunca da heç kim canını qoymaz", – o, belə cavab ünvanlayıb. 

Qeyd edək ki, Murad Arif daha öncə də "Avroviziya"da Azərbaycan təmsilçilərinin səsləndirdiyi mahnıları tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir