Sosial

“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyinin layihəsi İmişli şəhərində uğurla davam etdirilir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə, İmişli şəhərində fəaliyyət göstərən “MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi tərkibində sağlamlıq İmkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi yaradılmışdır.

Mərkəzə cəlb olunan uşaqlara xüsusi diqqət , qayğı və təlim məşğələləri keçirilir. Mərkəz fəaliyyətə başladığı tarixdən İmişli və yaxın kəndlərdən ailələr müraciət edirlər. Göstərilən xidmətlərin hər biri pulsuz həyata keçirilir. Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə İmişli şəhərindən olan 100 nəfər sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərə cəlb olunmuşdur.

“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyinin layihəsində təcrübəli mütəxəssizlər fəaliyyət göstərir. Səmərəli fəaliyyət İmişli sakinlərinin və eləcə də ətraf rayonların sevincinə səbəb olub.

Xəbəral.az-ın məlumatına görə, xidmət tam pulsuzdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir