manset Sosial

Ceyhun Bayramov MÜHÜM ƏMR imzaladı

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən XeberAl.az-a bildirilib ki, əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.