Sosial

Bakı Şəhər Məktəbəqədər Təhsil Müsəssisələri və Uşaq Evləri İdarəsi “Gəmiqaya-S” MMC-yə tender verdi

Sharing is caring!

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müsəssisələri və Uşaq Evləri İdarəsi “Gəmiqaya-S” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo.az xəbər verir ki, maliyyə dəyəri 15 760.08 AZN təşkil edən müqavilədə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları, uşaq evlərində elektrik avadanlıqları üçün ehtiyat hissələrinin və mühərriklərin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəmiqaya-S” MMC 14 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynova Nigar Ənvər qızıdır.
Açıq mənbələrdə Nigar Hüseynova barəsində hər hansı məlumat yoxdur. “Gəmiqaya-S” MMC-nin adı isə Azərbaycanın ən iri holdinqlərindən olan “Gəmiqaya Holdinq”in adı ilə üst-üstə düşür. MMC-nin “Gəmiqaya Holdinq”ə aid olub-olmadığını öyrənmək üçün sözügedən şirkətlə əlaqə saxladıq. Holdinqdən bildiridilər ki, “Gəmiqaya-S” holdinqə daxil olan şirkətlərdən biridir. Adının qarşısındakı “S” MMC-nin sənaye sahəsi üzrə fəaliyyət göstərdiyinə işarədir.
“Gəmiqaya Holdinq” Naxçıvan Muxtar Respublikasından fəaliyyət göstərir. Şirkətin Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu bildirilir. Bu barədə mediada da çoxsaylı materiallar dərc olunub.
Araşdırmalarımız zamanı o da məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müsəssisələri və Uşaq Evləri İdarəsi bundan əvvəl “Gəmiqaya-S” MMC ilə 5 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin ümumi maliyyə dəyəri 471 893 manat təşkil edib. Müqavilələrdə qızartma şkafından tutmuş, ətçəkən maşına qədər ən müxtəlif avadanlıqların alınması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusovdur. Mediada yayılan məlumatlarda bildirilirdi ki, neçə illər ərzində özü tam legitim rəis ola bilməsə də, Eldar Yunusovun öz qızını legitim rəis olaraq görməkdə qərarlı olduğu söylənilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir