Sosial

“Sentyabrda parlament buraxılmalı və yeni Milli Məclis formalaşdırılmalıdır” – AÇIQLAMA

Sharing is caring!

Hazırkı parlamentin dövlətin və cəmiyyətin etimadını doğrultmadığı, ölkədə həyata keçirilən islahatlara lazımı dəstək verə bilmədiyi haqda fikirlər uzun müddətdir ki, səsləndirilir.Bütün bunlar ölkədə yenidən növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı ehtimalları artırır.

AĞ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, müxalifət də hazırkı parlamentin buraxılmasının və yenidən Milli Məclisin formalaşdırılmasının tərəfdarıdır: “Xalqın və dövlətin etimad göstərdiyi və verilən qərarlara cəmiyyətin hörmət etdiyi parlamentin formalaşdırılmasını hər kəs istəyir. Heç kimə sirr deyil ki, hazırkı parlament Ramiz Mehdiyev daxil olmaqla, bir sıra xarici siyasi qüvvələrin təsiri ilə formalaşıb. Bu parlament fəaliyyət göstərdiyi müddətdə sübut etdi ki, Azərbaycanın müasir siyasi standartlarına cavab vermir. Yəni parlament iqtidarı belə müdafiə etməkdə acizdir. Bir mənada hazırkı tərkibli Milli Məclisi iqtidarın özünə yük kimi də qəbul edə bilərik. Ona görə də, parlament buraxılsa və yenidən seçkilər keçirilsə daha yaxşı olar”.

Tural Abbaslı əlavə edib ki, hakimiyyətin parlamenti sentyabrda buraxıb, yenidən seçkilər keçirəcəyinə inanmır: “Strateji baxımdan düşündükdə bu addımın gecikməsi həm iqtidarın özünə, həm də dövlətə və dövlətçiliyə ziyandır. Hətta boş qalan yerlər var ki, onlara da seçkilər keçirilmir. Bu da bəzi fəsadlar yaradır. Bu baxımdan hesab edirəm ki, parlament buraxılmalı və yeni Milli Məclis formalaşdırılmalıdır. Hətta düşünürəm ki, daha dərin siyasi islahatlar apararaq referendum qərarı vermək və proporsional seçki sisteminə keçmək olar. Yaxud da yarı mojaritar, yarı proporsional seçki sisteminə keçmək olar ki, siyasət daha da peşəkarlaşsın və təsadüfi insanların siyasi sferaya gəlişinin qarşısı alınsın. Mən hakimiyyətin yerinə olsam sentyabr-oktyabr aylarında referenduma gedərək parlamenti buraxardım. Daha sonra isə, referendumun nəticələri əsasında paparlamenti proporsional və mojaritar seçki sisteminin qarşılığı ilə, 155 nəfərlik tərkiblə formalaşdırardım. Əgər bu cür addım atılmasa uzaq strateji baxımdan yanaşsaq həm hakimiyyətə, həm də dövlətə ziyan olacaq”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir