Sosial

Bu gündən metro yenidən fəaliyyətə başlayır

Sharing is caring!

Bu gün saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

“XəbərAl.az” xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında deyilir.

Bildirilir ki, “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Həftəsonları isə ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir.

Sərnişinlər Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxmalı və sosial məsafə gözləməlidirlər.  Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir