Sosial

Ərəblər bu dəfə Qaxda nadir quşları ovladılar – Foto+Video

Sharing is caring!

“Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı daha bir görüntü yayıb.

XəbərAl.az xəbər verir ki, ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun  Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.

Qeyd edək ki, Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.

irilirdi.

https://ok.ru/videoembed/2374164417130

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir