Sosial

Bu şəxslərə karantin qaydaları tətbiq olunmaya bilər — VİDEO

Sharing is caring!

Koronavirusa yoluxduğu təsdiq olunan və 2-ci doza peyvəndi qəbul edən şəxslərə karantin qaydaları tətbiq edilməyəcək. Bu qaydalar Türkiyədə tətbiq olunacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında müvafiq dəyişiklik edib.

Qaydalara görə, qeyd olunan şəxslər 3 ay müddətində sərbəst hərəkət edə biləcəklər.

Bəs Türkiyədə tətbiq ediləcək bu karantin təcrübəsi Azərbaycanda da həyata keçirilə bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Türkiyə təcürbəsinin ölkəmizdə tətbiqi daha məqsədəuyğun olar. Çünki vaksinasiyada ilk doza vurulandan 28 gün sonra tam doza vurulur. Ümumilikdə isə, 42 gün sonra insanda virusa qarşı immunitet formalaşır.

Adil Qeybulla deyib ki, belə olduğu təqdirdə həm də insanlarda vaksinasiyaya qarşı maraq daha da artacaq.

Professor hesab edir ki, ölkəmizdə də bu cür qaydalar tətəbiq edilməlidir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir