Sosial

Operativ Qərargahdan brifinqlə bağlı yeni açıqlama

Sharing is caring!

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının artması səbəbilə xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi ilə bağlı yerli KİV-də məlumatlar dərc edilib.

XəbərAl.az xəbər verir ki,bildirilmişdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə bununla bağlı qərar verəcək və martın 13-də ictimaiyyət üçün brifinq keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Qazet.az-a açıqlamasında Operativ Qərargahın brifinqin keçirilməsi ilə bağlı hər hansı bir məlumat yaymadığını bildirib.

“Brifinqin keçiriləcəyi tarixlə bağlı məlumatımız yoxdur. Ayın 13-nə 8 gün qalıb. Bu barədə məlumatım yoxdur”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir