Sosial

Hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək

Sharing is caring!

Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilir. 

XəbərAl.az xəbər verir ki, bu, Milli Məclisin 24 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Sosial müavinətlər haqqında” qanun layihəsində əksini tapıb. 

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir