Sosial

Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları – FOTO

Sharing is caring!

21-31 dekabr tarixlərində “Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, yarmarka “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil ediləcək.  

Bildirilib ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq. 

Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiyaedici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla təmin olunacaqlar.

“Kənddən Şəhərə” Qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq. 

Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq yarmarka ərazisində Aqrar Tədarük və Təchizat ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

“Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı ünvanlar aşağıdakılardır:

Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığı;

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı);

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir