Sosial

Zəfər paradından sonra küçələr dezinfeksiya edildi – FOTO/VİDEO

Dünən Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

Qurumdan verilən məlumata görə, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.

Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir