Sosial

Kaliforniyada ermənilərin azərbaycanlılara vurduğu zərəri dövlətimiz ödədi

Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.

Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirib, onlara məxsus minik avtomobilləri, həmçinin, müxtəlif şəxsi əşyaları yararsız hala salınıb, yaşadıqları mənzillərə ciddi ziyan dəyib.

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi  tərəfindən ödənilib.

Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də, hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir