Sosial

İbrahim Məmmədov: “İstehsalı dayandırmaq hələlik gündəlikdə deyil”

Sharing is caring!

“İstehsal sahələrində insanların izolyasiyası, istehsalı dayandırmaq hələlik gündəlikdə deyil”.

Bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, istehsal müəssisəsində yoluxma təhlükəsi olan zaman müəssisə rəhbərləri müvafiq addım ata bilərlər: “Situasiya belədir ki, həm virusla mübarizə aparılmalı, həm də ticarət, iqtisadi əlaqələr saxlanılmalıdır. Bunun çətinliyi bundadır. Zəruri tədbirlər görülərsə, istehsal prosesində də insanların təhlükəsizliyini təmin etmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir