Siyasət

Çan Tzeçi: “Taybey və Pekin arasında qarşıdurma riski ABŞ-ın hərəkətlərinin aqressivliyindən asılıdır”

Sharing is caring!

“Mən əminəm ki, ABŞ Tayvanı “xırda pul” kimi istifadə etməyə çalışır. Bu cür təşəbbüslər daha bir gərginlik nöqtəsi yaratmaq məqsədi daşıyır və ABŞ bundan yararlanaraq özü üçün siyasi dividendlər əldə etmək istəyir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında çinli analitik, ictimai xadim, Çin Kommunist Partiyasının Şanxaydakı fəal üzvlərindən biri Çan Tzeçi deyib.

Ekspert bildirib ki, ABŞ Tayvanda vəziyyəti gərginləşdirməyə başlamazdan əvvəl adanın Çinlə münasibətləri nisbətən sabit idi:

“Hazırda biz görürük ki, ABŞ Tayvana sərmayə qoymağa çalışmır, humanitar və ya başqa məsələlərlə məşğul olmur. Tayvan ABŞ-ın geosiyasi iştahasını təmin etmək üçün silah, sursat və inkişaf edən hərbi infrastrukturla təmin edilir”.

Çan Tzeçi Çinin ABŞ-Tayvan ittifaqı ilə hərbi qarşıdurmaya getmək ehtimalını isə belə dəyərləndirib:

“Mənim fikrimcə, Taybey və Pekin arasında qarşıdurma riski ABŞ-ın hərəkətlərinin aqressivliyindən və bu ölkənin ən ağlasığmaz təxribatlarla məşğul olmaq qabiliyyətindən asılıdır. Mən əminəm ki, Çin bu əsnada məcburi müdafiə siyasəti aparır”.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir