Siyasət

Azərbaycan XİN: Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik – FOTO

Sharing is caring!

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Twitter”hesabında Mərakeş Krallığı ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə paylaşım edib.

Paylaşımda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.

“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Mərakeş Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Mərakeş əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, – XİN-in paylaşımında vurğulanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir