Siyasət

Vahid Hacıyev: “Keçmiş məcburi köçkünlərə şəraitin yaradılması ən vacib məsələdir”

Sharing is caring!

“Hökumət üçün ən vacib məsələ şəhər və kəndlərinə qayıdan keçmiş məcburi köçkünlər üçün ən yaxşı şəraitin yaradılmasıdır”.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

V.Hacıyev öz işçiləri ilə birlikdə Zəngilan rayonundakı “Ağıllı kənd”də – Ağalıda yaşadığını bildirib: “Biz insanlarla daim təmasdayıq. Odur ki, kəndin sakinlərinin problemləri barədə məhz onlar vasitəsilə məlumat əldə edirik”.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, keçmiş məcburi köçkünlərlə daim işləmək, onların ehtiyaclarını öyrənmək lazımdır: “Öz torpaqlarına qayıtmaq istəyən ağdamlılar tez-tez mənə zəng edirlər. Amma minalara görə hələlik bu əraziyə köçmək mümkün deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir