Siyasət

İlham Əliyev: “Bölgələrimizdə çox böyük istedadlar var, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır”

Sharing is caring!

“Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır”.

Bu fikirləri Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında söyləyib:

“Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir”.

Ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançıların məişətdə də nümunəvi davranışla fərqləndiyini diqqətə çatdıran Azərbaycan Prezidenti qeyd edib ki, təvazökarlıq, Vətənə və milli dəyərlərə bağlılıq, fiziki və mənəvi güc çox vacib amillərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir