Siyasət

Vaxtanq Kikabidzedən Müslüm Maqomayev paylaşımı – FOTO

Sharing is caring!

Gürcüstanın tanınmış müğənnisi və kino aktyoru Vaxtanq Kikabidze Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə paylaşım edib.

Əfsanəvi müsuqiçinin xatirə gecəsində iştirak edən məşhur tədbirdən bir görüntü yayıb.

Qeyd edək ki, tədbir avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilib. Gecədə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da tədbirdə iştirak ediblər.

Xatırladaq ki, Vaxtanq Kikabidze həm də kinorejissor, ssenarist və siyasətçidir.

Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir