Siyasət

DSX-nin rəis müavini: “2018-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədində heç bir fəaliyyət icra edilməyib”

Sharing is caring!

“2018-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədində heç bir fəaliyyət həyata keçirilməyib”.

Oxu.Az xəbər verir ki, bu barədə DSX-nin rəis müavini general-leytenant Abbas Xəlilov DSX-nin 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.

O bildirib ki, yalnız 2018-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədinin Qazax-Ağstafa rayonlarındakı əraziləri Müdafiə Nazirliyi tərəfindən DSX-yə təhvil verilib:

“Həmin ərazidə DSX-nin sərhəd spesifikasına uyğun olaraq yeni sərhəd mühafizəsi sistemi yaradıldı. Hazırda işğaldan azad olunmuş ərazilərdə DSX-nin fəaliyyəti Laçın rayonunun Güləbird kəndindən sol cinaha, yəni Azərbaycan-Ermənistan sərhədinə doğrudur. 

Laçın dəhlizi keçid sərhədində hazırda DSX fəaliyyət göstərmir. Qeyd edim ki, delimitasiya məsələləri DSX-nin səlahiyyətində deyil. Bu məsələlər aidiyyəti qurumlar tərəfindən aydınlaşdırıldıqdan sonra ölkə rəhbərliyi Dövlət Sərhəd Xidmətinin qarşısında hansı öhdəlikləri qoyacaqsa, biz onların öhdəsindən layiqincə gələcəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir