Siyasət

Armen Qriqoryan: “Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq”

Sharing is caring!

“Ermənistan Azərbaycanla münasibətlərin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətini davam etdirir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasının efirində deyib. O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə nəzərdə tutulan görüşün ləğvinin sözügedən prosesin dalana dirənməsinə səbəb olub olmaması barədə sualı cavablandırıb.

“Mən deməzdim ki, proses dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazir müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirlərin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşüblər və bütövlükdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışıblar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls var və irəli getmək üçün imkanlar var. Bir daha açıq şəkildə təsdiq edə bilərəm ki, erməni tərəfi substantiv danışıqlara həmişə hazırdır”.

Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib:

“Bu görüş və digər məsələlər müzakirə olunur… Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, xarici işlər nazirlikləri bu istiqamətdə işləyirlər. Ümid edək ki, yaxın gələcəkdə irəliləyiş olacaq”.

Mənbə: News.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir