Siyasət

Azərbaycan və Özbəkistan Qadın Sahibkarlar Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

Sharing is caring!

Bu gün Bakıda Azərbaycan və Özbəkistanın qadın sahibkarlarının iştirakı ilə biznes-forum keçirilib.

“APA-Economics” xəbər verir ki, Azərbaycan və Özbəkistan Qadın Sahibkarlar Assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyası” ilə Özbəkistanın Qadınların Cəmiyyətdə Gender Bərabərliyi və Ailədə Rolunun Artırılması Komissiyasının nəzdində fəaliyyət göstərən “Sahibkar Qadınlar Klubu” arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.

Sənədi Azərbaycanın və Özbəkistanın hər iki strukturunun rəhbərləri Səkinə Babayeva və Məmləkət Sodikova imzalayıblar.

Tədbirdə Milli Məclisin deputatı Hicran Hüseynova və Özbəkistan parlamentinin sədri Tənzilə Narbayeva iştirak ediblər.

Biznes-forumun məqsədi iki ölkə arasında yüksələn xətdə olan iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmək, yeni əməkdaşlıq imkanları qazanmaq, birgə layihələri müzakirə etmək olub.

Tədbirdə Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva, Özbəkistan tərəfdən isə bu ölkənin “QPZ-27” şirkətinin təsisçisi Sevara Latipova, “XumoSB” şirkətinin təsisçisi Sitorabonu Abdurasulova, “Özbəkistan Xalq Bankı”nın İdarə Heyətinin sədr müavini Gülzoda Rəşidova çıxış ediblər.

Biznes-forumda memorandum və müqavilələr imzalanaraq, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir