Siyasət

Ermənistan açıq şəkildə bəyan edir: “Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk” – VİDEO

Sharing is caring!

44 günlük müharibədəki məğlubiyyət, kapitulyasiya şoku və aparılan danışıqlar prosesinə baxmayaraq, Ermənistan rəhbərliyi aqressiv siyasət yürütməyə və yeni müharibəyə aparan təxribatlar törətməyə davam edir.

Bu barədə “Caliber”in “YouTube” kanalınada yayımlanan yeni süjetdə bildirilir.

“Bu gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini polkovnik Saak Saakyan jurnalistlərlə söhbətində bəyan edib ki, Ermənistanın hərbi siyasi rəhbərliyi Qarabağda müqaviləli hərbçilərin xidmət aparacaqları barədə qərar qəbul edib”, – deyə videomaterialda qeyd olunur.

Süjet müəlliflərinin sözlərinə görə, belə bəyanatlar Ermənistan rəhbərliyinin sonuncu müharibənin nəticələrindən dərs çıxarmadığını göstərir.

Daha ətraflı “Caliber”in videomaterialında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir