Siyasət

Ceyhun Bayramov: “Azərbaycan-Türkiyə-Qazaxıstan “Orta dəhliz”in inkişaf etdirilməsində maraqlıdır”

Sharing is caring!

“Azərbaycan-Türkiyə-Qazaxıstan “Orta dəhliz”in inkişaf etdirilməsində maraqlıdır”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidir:

“Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur.

İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasını vacib hesab edirik. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir