Siyasət

Samir Şərifov: “Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir”

Sharing is caring!

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələnməsi, sahibkarlara dəstəyin göstərilməsi, onlara güzəştli kreditlərin verilməsinə dair tədbirlər həyata keçirilir”. 

Oxu.Az-ın məlumatına görə, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Samir Şərifov QDTİB-nin 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.

Onun sözlərinə görə, Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Nazir bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə 30 illik erməni işğalına son qoyaraq ərazilərini azad edib:

“Bu gün Cənubi Qafqaz regionunda sülhün və tərəfdaşlığın təmin edilməsində Azərbaycan tərəfindən əməli addımlar atılır. Müharibə bitdikdən dərhal sonra Azərbaycan öz maliyyə imkanları hesabına bərpa və quruculuq işlərinə başlayıb. İşğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manatdan artıq vəsait ayrılıb”.

“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində beynəlxalq təşkilatların və QDTİB-ın iştirakını zəruri hesab edirik. Bankı Qarabağda və Şərqi Zəngəzurda yerli biznes layihələrinə dəstək verməyə dəvət edirik”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir