Siyasət

ABŞ Dövlət Departamentinin hesabatında ermənilər tərəfindən dağıdılmış məscidlərə dair məlumat yer alıb

Sharing is caring!

ABŞ Dövlət Departamentinin hesabatında işğal dövründə ermənilər tərəfindən Azərbaycanın dağıdılmış məscidlərinə dair məlumat yer alıb.

APA xəbər verir ki, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında vətəndaş cəmiyyəti nümayəndələrinə, BMT-nin İnkişaf Proqramına və Azərbaycan hökumətinə istinadən məlumatlar paylaşılıb.

Bildirilib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin vaxtilə genişmiqyaslı minalanması nəticəsində qəsəbə və kəndlərdəki yüzlərlə dini yerlərin böyük əksəriyyətinə gediş-gəliş mümkünsüz olub və bu yerlərə dəymiş zərərin miqyasının illərlə qeyri-müəyyən qalması mümkündür.

Hesabatda bildirilib ki, Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər məscidinin dağıdılması, erməni dillində yazılarla vandalizmə məruz qoyulmuş və mehrabı güllələrlə dəlik-deşik edilmiş Ağdam Cümə məscidi dini abidələrə vurulan aşkarlanmış zərərlərin nümunələridir.

Hesabatda vurğulanıb ki, tarixi və müqəddəs hesab edilən İmarət Qərvənd məzarlığı və şəhərin Şəhidlər xiyabanı da daxil olmaqla, bütün Ağdam boyunca məzarlıqlar murdarlanıb, qarət edilib və ya dağıdılıb.

Əlavə olunub ki, Ağdamdakı Şəhidlər xiyabanını ziyarət edən Qərb diplomatları bir zaman meyitlərin dəfn olunduğu qəbirlərdə dəliklərin olduğunu və yalnız bir qəbir daşının qaldığını, onun isə sındırıldığını bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir