Siyasət

Türkiyə Azərbaycana kibertəhlükəsizlik məhsullarının istehsalına dəstək göstərəcək

Sharing is caring!

Türkiyə kibertəhlükəsizlik məhsullarının istehsalında Azərbaycana dəstək göstərmək istəyir.

Bunu “Report”a açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin müşaviri Alpaslan Kəsici deyib.

Onun sözlərinə görə, azərbaycanlı qardaşlarımıza 44-günlük Vətən müharibəsində dəstək göstərdik: “Eyni şəkildə, kibertəhlükəsizlik məhsullarının istehsalında da dəstək göstərmək istəyirik. Kibertəhlükəsizlik istiqamətində xarici məhsulların istifadəsinin yerinə alternativ olaraq azərbaycanlı gənclərlə birlikdə inkişaf etdirdiyimiz məhsulları istifadə edəcəyik. Bir neçə ilə bu məhsulların istifadəsi mümkün olacaq”.

O vurğulayıb ki, bununla yanaşı, türk mühəndisləri tərəfindən istehsal edilən kibertəhlükəsizlik məhsullarını Azərbaycanın dövlət qurumlarında, fərqli sektorlarda istifadəsini yaymaqdır: “Çünki kibertəhlükəsizlik dövrümüzün ən önəmli təhlükələrindən biridir. Müharibələr aparıldığı kimi artıq kiber məkan da bir müharibə meydanıdır. Bu müharibə məkanında Türkiyə olaraq özümüzü qoruduğumuz kimi dost, qardaş ölkə Azərbaycanı da qorumaq istəyirik. Bunu isə inkişaf etdirdiyimiz məhsullarla həyata keçirə bilərik. Ən yaxşı kiber müdafiə dövlətin özünün istehsal etdiyi məhsullarla olur. Kibertəhlükəsizlik sahəsində məhsulların yerli və milli olması vacibdir. İkincisi, Azərbaycanda bir sıra gənc nəsil – məktəblilər və tələbələr var. Onlar kibertəhlükəsizliklə maraqlanırlar. Onlara da hər cür təlim-tədris dəstəyi vermək istəyirik. Hələ ki, bu işə yeni başlamışıq, bunu daha da artıracağıq”.

A.Kəsici deyib ki, Azərbaycanın kibertəhlükəsizlik üzrə əsgərlərinin olması vacibdir: “Bizim təhsil verdiyimiz gənclər bu istiqamətə çox maraq göstərirlər. Azərbaycanla birlikdə layihələr inkişaf etdirəcəyik. Bizim təhsilimiz həmçinin distant həyata keçirilir. Azərbaycanda təhsil düşərgələri təşkil edəcəyik. Türkiyədə “bootcamp”lər həyata keçirəcəyik. Burda seçilmiş uşaqları da Türkiyəyə dəvət edəcəyik. Hazırda bizim kibertəhlükəsizlik üzrə 300 məhsulumuz var. Bizim bir məhsul xəritəmiz var”.

O əlavə edib ki, Azərbaycanda Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşürük: “Hazırda bu qurumların kibertəhlükəsizlik məhsullarına olan ehtiyaclarını Türkiyədə istehsalı olan məhsullarla ödəməyi təklif edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir