Siyasət

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşünün harada keçirildiyi bəlli oldu

Sharing is caring!

2022-ci ilin mayın 24-də baş tutan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşün harada keçirildiyi bəlli olub.

Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində görüşüb.

“Növbəti görüşün tarixi hələ müəyyən edilməyib”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşünün keçirildiyi açıqlanmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir