Siyasət

Borrel: “Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq” – FOTO

Sharing is caring!

“Biz Avropa Şurası prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə təşkil etdiyi üçüncü üçtərəfli görüşü alqışlayırıq”.

Bu sözləri Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel özünün “Twitter” hesabında yazıb.

O, davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımlara ümidini ifadə edib.

“Aİ regionda sülh və barışıq səyləri istiqamətində fəal iştirakda davam edir”, – deyə Borrel vurğulayıb.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir