Siyasət

Azərbaycan Prezidenti: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

Sharing is caring!

“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, – Prezident vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir