Siyasət

Prezident və Birinci vitse-prezident Heydər Əliyev Fondunun Şuşada aparacağı bərpa işləri ilə tanış olublar

Sharing is caring!

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı və birinci xanım həmçinin “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir