Siyasət

Erməni politoloqdan ETİRAF: “Avropada deyirlər ki, Qarabağı zəbt etmisiniz” – VİDEO

Sharing is caring!

Məşhur erməni politoloq Stepan Qriqoryan Prezident İlham Əliyevin güclü xarici siyasət apardığını etiraf edib.

Bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.

Yayımlanan görüntülərdə politoloq İlham Əliyevin Ermənistan üzərində siyasi qələbəsindən danışıb.

“Deyirlər ki, onlar zəifdirlər. Onların arxasında Türkiyə durur, Türkiyə hesabına qələbə qazanıblar. Bunlar sadəlövh fikirlərdir. Mən çox xarici görüşlərdə oluram, diplomatlarla görüşürəm. Bir müddət öncə Brüsseldə olmuşam, Avropa Şurası və s. yerlərdə müxtəlif görüşlərim olub. Belə bir vəziyyət yaranıb: bizə deyirlər ki, Qarabağı zəbt etmisiniz, daha bəsdir, təhvil verin, çıxın oradan, ora sizin torpağınız deyil. Bunu çox ciddi adamlar deyir. Əksəriyyəti də erməni xalqına qarşı olmayan siyasətçilərdir”, – deyə erməni politoloq əlavə edib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir