Siyasət

Abramyan: “Bir vaxtlar Qarabağın Ermənistan olduğunu deyənlər indi Qarabağın Azərbaycan olması ilə razıdırlar”

Sharing is caring!

“Dünən bir qadın etirazçılardan narazı idi: Artıq “Qarabağ”ınızla bizi bezdirdiniz. Gəlib İrəvanın mərkəzində “Qarabağ” şüarları səsləndirirlər, imkan verin, rahat yaşayaq, dincliyimizi pozmaqdan əl çəkin! Deyirlər – “türk, türk”. Türklər insan deyillərmi? Deyirlər – “türk olacaqsan”. Nə fərqi var, erməni, yoxsa türk? Ən əsası insan olmaq və normal həyat sürməkdir”.

Bu sətirləri Ermənistanın “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan özünün “Öz kimliyimizi inkar etmək həddinə çatmışıq” başlıqlı məqaləsində yazıb.

Baş redaktorun sözlərinə görə, bu qadın hazırkı hakimiyyətin elektoratının nümayəndəsi və sülh gündəminin tərəfdarıdır.

“Mən güman edirəm ki, indiki hökumət, dolayı yollarla, əgər belə demək mümkünsə, “xalqı sülhə hazırlayır”. İnsanlara onilliklər ərzində deyilirdi: “Səbir edin, Qarabağ naminə ehtiyaclarınızdan imtina edin”. Lakin bunu deyənlər ehtiyac içində yaşamırdılar, əksinə, həyatın bütün ləzzətlərindən zövq alırdılar. Ona görə də hazırkı vəziyyət həmin o ikiüzlülüyə reaksiyadır”, – A.Abramyan yazır.

A.Abramyanın vurğulayır ki, bir vaxtlar Qarabağın Ermənistan olduğunu deyənlər indi Qarabağın Azərbaycan olması ilə razıdırlar.

“İndi Ermənistanda bu qadın kimi düşünən xeyli sayda insan var. Məncə, bu gün Ermənistanda yaşayan insanlar üçün qeyd etdiyim tendensiya daha aparıcıdır”, – mətbuat nümayəndəsi qeyd edir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir