Siyasət

“Prezident xəritələrlə bağlı baza mövcud olmadığını deməklə bu məqsədli informasiyalara son qoydu” – RƏY

Sharing is caring!

“Prezident İlham Əliyevin də dediyi kimi, artıq 44 günlük savaşdan sonrakı reallıq birmənalı olaraq qəbul olunub. Hazırda gündəmdə olan məsələ artıq kiminsə bu reallıqla barışıb-barışmaması yox, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq irəli sürdüyü beş prinsip əsasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Təbii ki, qalib kimi Azərbaycanın milli maraqları əsas tutulmaqla”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, sülh sazişinin ən vacib şərtlərindən biri sərhədlərin delimitasiyasıdır:

“Hazırda prosesin hansı xəritələr əsasında aparılacağı zəruri müzakirə mövzularındandır. Azərbaycan adına sevindirici haldır ki, İlham Əliyev burada da Müzəffər Komandan ruhunu qoruyaraq təşəbbüsü tam mənada alıb və gələcəkdə qərəzli vasitəçilik cəhdlərinə yol açılması hallarına indidən perspektiv buraxmır.

Bildiyimiz kimi, hazırda erməni cəmiyyətində, o cümlədən ayrı-ayrı qüvvələr tərəfindən delimitasiyanın aparılması üçün əsas tutulacaq müxtəlif xəritələrlə bağlı spekulyativ xəbərlər tirajlanır və dolaşırdı. Dünən Prezident xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud olmadığını deməklə bu məqsədli informasiyalara son qoydu”.

Deputat vurğulayıb ki, dövlət başçısının ikinci vacib strateji addımı sərhədlərin müəyyən edilməsi zamanı tarixin nəzərə alınmasına, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələrin istifadə olunmasına dair qəti şərti oldu:

“Üçüncü vacib aspekt delimitasiya prosesində yalnız bir xəritə üzərində dayanılmaması ilə bağlıdır. İlham Əliyev qeyd etdi ki, bizim mövqeyimiz ondan ibarətdir ki, 1918-ci ildən və hətta, ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər xəritələr bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq. Lakin dövlət başçısı İrəvanın Azərbaycanın tərkib hissəsi olduğu 1918-ci ilin xəritəsi, Zəngəzurun Azərbaycanın tərkib hissəsi olduğu 1920-ci ilin noyabr ayının xəritəsi kimi həssas mənbələrə istinad etməsi ilə Azərbaycanın prosesə qalib dövlətin adına layiq köklü üstünlüklə başlamaq qətiyyətindən xəbər verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir