Siyasət

İlham Əliyev Brüsselə işgüzar səfərə gedib – YENİLƏNİB

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.   

Görüş Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək.  

Qeyd edək ki, bu, son üç ayda Azərbaycan və Ermənistan liderləri arasında dördüncü görüş olacaq.  

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir