Siyasət

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqlədi

Sharing is caring!

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Xəbəral.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında hərbi və müdafiə sahəsində birgə əməkdaşlığı nəzərdə tutan birgə bəyannamə Azərbaycan Milli Məclisi tərəfindən də təsdiq edilib.

Qeyd edək ki, Şuşa Bəyannaməsi iki ölkə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Azərbaycanın Şuşa şəhərində imzalanıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir