Siyasət

“Azərbaycan Turizm İnstitutunun Məzunları” ictimai birliyinin sədri: 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Sharing is caring!

Bu gün Azərbaycanda “2 fevral Gənclər Günü”nün dövlət səviyyəsində qeyd olunması həqiqətən də dövlətin gənclərə verdiyi böyük bir diqqət və qayğının təccəsümüdür.
Şübhəsiz ki, bütün bu diqqət və qayğı təsadüfi deyildir.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında formalaşdırılan uzaqgörən gənclər siyasətinin mühüm rolu var. Bu gündə dövlət siyasətinin tərkib hissəsi kimi aparılan gənclər siyasəti Ulu Öndərin siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Məhz bu gündə dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gənclərində özünə, öz gücünə, istedadına inam hissi artıb və güclü bir gənclik ordusu formalaşıb.
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Gənclərimiz milli ruh, milli qeyrət, milli dəyərlərə malikdirlər və biz istənilən sahədə, hər hansı bir mövcud vəziyyətdə, ani verilən qərarlarlarda bunun şahidi oluruq. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlətinə inam, bir yumruq arxasinda sıx birləşməsi üçün güvən mənbəyi olmuşdur. Yaxın keçmişə nəzər saldıqda 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin dəmir yumruq arxasında birləşib, Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə necə şücaət göstərdiklərinin şahidi oluruq. Məhz 2-ci Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin başlandığı ilk günlərdən on minlərlə gənc qeydiyyata düşmüş və onların bir qismi döyüşlərə yollanmışdı. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda Azərbaycan gəncləri döyüşə can atırdılar. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
Vətən müharibəsində şəhid olan gənclərimizi Gənclər Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan onların əziz xatirəsini hər zaman uca tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir