Siyasət

Saxta müxalifətin “qəhrəman” Əliləri

Sharing is caring!

Azərbaycanın daxili siyasi gündəmi kifayət qədər zəngindir. Beləki, iqtidar ikinci Qarabağ müharibəsinin qələbəsini əlində bayraq tutaraq başqa aləmdə yaşayır. Müxalifət isə ölkədəki sosial iqtisadi problemlərdən başlayaraq , bütün sahələrdəki çatışmazlıq və hüquqsuzluqdan durmadan danışır. 

Digər tərəfdən  cəmiyyətdə müzakirə olunan  əsas mövzulardan biridə Əliyev hökumətinə həqiqi müxalifət kimdir?  

Bu sualın cavabı bir növ  Azərbaycanda suların durulmasını təmin edəcək kimi görsənir. Saxta  müxalifətçini  tanımaq üçün zəngin biliyə ehtiyac yoxdur. Hər kəsə məlumdur ki, siyasi partiyalarımızın böyük əksəriyyəti fərdlər üzərində qurulmuşdur. Partiya sədrlərinin kimliyi yəni keçmişi və bu günü həmin təşkilatın hansı yuvanın quşu olduğunu göstərir .  

Ölkədə fəaliyyət göstərən partiyalardan biridə VİP adlanır. VİP sədri Əli Əliyev bu günlərdə sərhəd qoşunları zabitlərinin iddiası əsasında beş ay müddətinə həbs edildi. Biz kimsənin haqsız həbs edilməsini arzu etmirik. Allah Əli bəyin qapsın açsın. Biz xalqı aldadan, saxta müxalifətçilik edən şəxslərin kimliyini cəmiyyətə göstərməyə çalışırıq. Ümumiyyətlə Əli Əliyevin son illərdəki siyasi fəaliyyəti onun nə qədər saxtakar olduğunu açıq – aşkar göstərir. 

Əli Əliyev niyə həbs edildi? 

Azərbaycan insanı haqsızlığa düçar olmuşun dərdinə şərik olur, əzabkeşi sevir . Onu bağrına basır öz qəhramanına çevrir. Xalqımızın bu mərd xarakterini iqtidarda çox gözəl bilir. Bunun üçündə Əliyev hökuməti öz müxalifətini ustalıqla müəyyən edir. Əli Əliyevdə elə buna görə həbs edilib. Həbs edilib ki , qəhrəman olsun. Bəlkədə artıq Əli Əliyev qəhrəmanlığın mübarək demək olar. 

Əli Əliyev

Azərbaycanda siyasi sistem iqtidarlı  müxalifətli bir yerdə dəyişməlidir. Yeniliyi qəbul etməyən. Həbslə gündəmdə qalan siyasət alverçiləri naftalin iyi verir. 

Əli Əliyevin siyasi tarixinə bir balaca göz gəzdirmək qərarına gəldik.
Araşdırmamız zamanı ilk öncə məlum olur ki, çox adamında bildiyi kimi Əli Əliyev zamanında Milli İstqlal Partıyasının öncüllərindən olub. Hətta partiyanın o vaxtkı sədri Etibar Məmmədova xüsusi yaxınlığı ilə seçilib. Həmdə eyni bölgənin təmsilçiləri olublar.
Bu istiqamətdə göz gəzdirdikcə daha da müxtəlif maraqlı faktlar ortaya çıxır.
Vaxti ilə həmin partiyada “demokratik” düşərgənin və müxalifət camiyəsinin “milli qəhrəmana” çevirdiyi REAL sədri İlqar Məmmədovda olub.
Bir az keçmişə qayıtsaq görərik ki, İlqar Məmmədovun həbsi də, heç Vətəndaş və İnkşaf Partıyasının sədri Əli Əliyevin həbsindən ciddi fərqlənməyib.
Bu zaman ağıla ilk gələn o olur ki, hakimiyyət özünə yeni müxalifət yetişdırir.
Son zamanlar aktivləşmiş Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun özünü və fəaliyyətini də hesaba qatsaq, bölgə faktoruna da nəzər yetirsək, düşüncələr bunu söyləməyədə əsas verir. 

Eyni zamanda Əli İnsanov cəmiyyət və siyasi sektor tərəfindən həzm olunmur. Əli Kərimli isə onun bu vəziyyətindən istifadə edib “böyük balıq” kimi baxdığı İnsanova çəngəl atsa da, o da qurdluğundan Kərimlinin toruna düşmür. Qurd olsa da, İnsanovun yaşlı olması, onu proseslərin önünə yox arxasına çəkir. Belə məqamda ona “tarpeda” siyasətçi gərəklidir ki, bu da Əli Əliyev ola bilər.

Belə ki, Tükənmiş Əli Kərimli İnsanovun tələblərinə afekvat olmadığına görə, uzlaşma effekti olmadığına görə nisbətən Əli Əliyevin uyğunluğu yaranır.

Əli İnsanov

Başqa bir məqamda isə düşüncələr ona köklənir ki, bəlkə Azərbaycanda yenidən inqilab etmək eşqinə düşmüş benanxalq təşklatlar yenə var və bu oyunlar elə yenə onların oyunlarıdır? 

Bir qism fəalların düşüncələrinidə elə məhz bu düşüncə məşğul edir. Odur ki, Belarusda, Gürcüstanda və Qazaxstanda baş verən hadislər Azərbaycanda da təşkil oluna bilər deyə düşünürlər.
Bəzi kəsimlər isə hesab edir ki, hakimiyyət gündəmi dəyişmək üçün və öz ömrünü uzatmaq üçün, yeni radikal müxalifət yetişdirir, o da Əli Əliyevdir. Ancaq dərinliyə getdikcə görürük ki, yeni plastilin qəhrəman düzəltmək heç hakimiyyətin də marağında deyil.
Eyni zamanda onu da müşahidə edirik ki, Əli Əliyev həbs olunmamışdan əvvəl Əli Kərimli, Cəmil Həsənli və.s bunlar kimi adlarını müxalifət lideri qoymuş şəxsləri, nəyinki tənqid, hətta təhqir etməkdən çəkinməyib. Hətta sifariş partiya MCP sədri Razi Nurullayevi də “AM-CP” adlandıraraq kəskin tənqid və təhqir etmişdi.

Bir sözlə Əli Əliyev kor qılıncını çəkib çatdı-çatmadı, kəsdi-kəsmədi hərəyə bir zərbə endirməklə tarana gedən bir siyasətçiyə çevrilmişdi. Güman olunur ki, məqsədi aktual olmaq, “mübariz lider” obrazı yaratmaq olmuşdur.

İran mollaları ilə Əli Əliyevin görüşü gözlənilməz olaraq hamını xəyal qırıqlığına uğratdı.

Bəzi kütləvi informasiya vasitələrinin yazdığı kimi Soros Fonduda ölkədə hansısa dəşikliklərin həyata keçilirləməsi üçün maraqlı və ideal şəxs axtarışında olub. Lakin görünın odur ki, bir çox MDB ölkəsində inqlab meyllərini alovlandıran Soros Fondu və Avropanın QHT-ləri də ölkədə yeni lider kimi Əli Əliyevin ortaya çıxmasına maraq göstərsə də İran macəralarına görə onlarda geri çəkiliblər. 

Əli Kərimli 

Bütün tarixcəyə baxanda böyük ehtimalla hakimiyyətin içindəki qrupların marağı Əli Əliyev üzərində daha açıq şəkildə gözə çarpan və diqqəti cəlb edən olmuşdur. 

Xatırlayırsınızsa Əli Əliyev bir müddət öncə saxlanıldığı zaman sosial şəbəkə istfadəçiləri və siyasi şəxslər bunu hakimiyyət qüvvələrinin bir qolunun oyunu kimi və Əli Əliyevin Azərbaycanda yeni müxalifət lideri kimi cəmiyyətə və xalqa sıranılmasından yazırdılar. Əsildə xalqın gözü tərəzdir, niyə məhz Əli bəyi xalqın gözündə bir nömrəli parformansa çevirmişdilər deyə durmadan düşünürdülər.

Ancaq bütün ataşdırmalardan sonra son olaraq qənaətə gəlmək olur ki, Əli Əliyev proyekt olmağa çalışan zavallı bir siyasətçidir. Allah ağıl versin! Allah qapısın açsın!//AZƏRBAYCANREALLIĞI.COM//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir