Siyasət

ÖLKƏLƏRİN İNKİŞAFINDA YENİ ƏMƏKDAŞLIQ YOLU

Sharing is caring!

Türkdilli ölkələrin başçılarının VIII Zirvə görüşündə Prezident İlham Əliyevin yüksək Ordenlə təltif olunması bir daha göstərdi ki, Azərbaycan xalqı 30 illik işğala son qoymaqla, xalqın gücünü göstərdi. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. 2020-ci ildə işğal olunmuş Qarabağ torpaqlarının əks hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Qardaş dövlətin diplomatlarının bu istiqamətdə bizə verdiyi dəstək uzun illər sonra da mütəxəssislər tərəfindən öyrənilməlidir. Bölgənin yeni inkişaf dövrü başlayıb. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.

Azərbaycan-Türkiyə birliyini, tərəflərinin bir-birinə verdiyi güclü dəstəyi dünya yalnız Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. Bu dəstək tarixin bütün dönəmlərində, hər zaman, hər sahədə hiss edilib. İki qardaş ölkə mənəvi, siyasi baxımdan bir-birlərinin yanlarında olduqlarını daim nümayiş etdiriblər.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlər dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bütün bunlar hər bir azərbaycanlı kimi bizi olduqca sevindirir, gələcək qələbələrə ruhlandırır.Ədalət Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir