Siyasət

ÜÇTƏRƏFLİ BƏYANAT TARİXİ
ZƏFƏRİMİZİ TƏSDİQ ETDİ

Sharing is caring!

10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan ordusu darmadağın edildi. Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.
Ancaq onlar Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, qohumlarını, əqrəbalarını itirmiş ermənilər deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində – ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik.

Azərbaycan həmişə olduğu kimi bu gün də öz hüquqlarını müdafiə edən, iqtisadi, hərbi qüdrətini artıran, beynəlxalq aləmdə söz sahibi kimi mövqeyini möhkəmləndirən güclü dövlətdir. Tarixi Zəfərimiz dünyanın illərdir özü üçün formalaşdırdığı dəyərlər sistemini tamamilə dəyişdi. O dəyərlər sistemində ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, həqiqət əvəzinə riyakarlıq, yalan hökm sürürdü. Bu gün isə dünya yalnız ədalət və beynəlxalq hüquqdan danışır. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin, qətiyyətli mövqeyinin, dünyaya bütün tribunalardan səsləndirdiyi ədalət çağırışlarının, bir sözlə, ikili standartlara son qoyan Qələbəmizin nəticəsidir.
İlkin Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir