Siyasət

Prezident: “Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”

Sharing is caring!

“Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Və beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq üçün və özləri üçün gediş-gəlişi daha dahat etmək üçün bu yolu çəkdilər”.

XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib.

“Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışdılar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir”, – dövlət başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir