Siyasət

“Mən də təklif edirəm ki, Jirinovskinin Azərbaycana gəlişinə qadağa qoyulsun” – Deputat

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadəyə bu ölkənin ərazisinə 50 illik müddətinə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib.
Nazirliyin xəbərində deyilir: “Bu gün Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədova və Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadəyə internet şəbəkəsində millətlərarası ədavəti qızışdıran fikirlər səsləndirdiklərinə görə Rusiya Federasiyasına 50 il müddətinə girişinə icazə verilməməsi haqqında qərarlar qəbul edilib”.
Məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı Jirinovskinin müxtəlif tərəflərə görə Azərbaycanı aşağılaması və təhqiramiz fikirlər səsləndirməsinin qətiyyən yolverilməz olduğunu bildirib:
“Jirinovskinin son açıqlamalarına münasibət bildirərkən də kəskin mövqe tutdum. Onun xəstə təxəyyülə, psixi pozğunluğa söykənən bu cür açıqlamalarının davamlı xarakterli olmasının təsadüfi hesab etmədim. Bunun əslində Rusiyada fəaliyyət göstərən millətçi və digər xalqlara, millətlərə qarşı aşağılayıcı ultra-imperialist mövqe tutan baxışların ifadəsi kimi qiymətləndirdim və bu gün də o fikirdəyəm. Bu cür insanın müxtəlif tərəflərə görə Azərbaycanı aşağılaması və təhqiramiz fikirlər səsləndirməsi qətiyyən yolverilməzdir. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyi də haqlı olaraq məsələyə kəskin mövqe nümayiş etdirdi. Doğrudur, sonradan Jirinovski guya peşmanlığını ifadə edən açıqlama verdi. Əlbəttə, bu, kifayət deyil. Jirinovskiyə heç kim təminat verə bilməz ki, müəyyən zaman keçəndən sonra Rusiyadakı müəyyən siyasi dairələrin sifarişlərinə uyğun olaraq və ya ermənilərin ona vermiş olduğu pul hesabına yenə də Azərbaycanı aşağılamasın. Ona görə mən də təklif vermişdim ki, Jirinovskinin Azərbaycana gəlişinə qadağa qoyulsun. Yəni onun Azərbaycana girişinə imkan verilməsin. Mən də bu fikirdəyəm ki, Jirinovski kimilər Azərbaycana söyləmiş olduğu fikirlərə görə layiqli cavabını cəmiyyətimiz tərəfindən də alır. Xarici İşlər Nazirliyi də ciddi bir addım atdı, bu da alqışlanası və təqdirəlayiq addımdır”. 
Fəzail Ağamalı onu da qeyd edib ki, Rusiyada Jirinovski kimi SSRİ-nin bərpasını arzulayan şəxslər var:
“Jirinovski sifarişlərlə hərəkət edən, danışan bir personadır. Bir tərəfdən özünün dediyi kimi, söykənmiş olduğu millətçi tərəfdarlarının fikirlərini ifadə edir. Rusiyada daha çox kəskin düşüncələrlə yaşayan, SSRİ-nın bərpasını arzulayan və vaxtilə SSRİ-nin tərkibində yaşayan indi müstəqil dövlətlər olan ölkələri aşağılayan şəxslər var. Onlardan da biri Jirinovskidir. Eyni zamanda Jirinovski həm də özünün bitib tükənməyən nəfsini, pula olan təminatını ödəmək üçün ermənilərdən də sifariş alır. Yəni Jirinovski əslində bu cür aventuranın içərisindədir”. 
Onu da qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xarici İşlər Nazirliyindən görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir