Siyasət

Türkiyə Prezidenti Ermənistana çağırış etdi

Sharing is caring!

“Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımızın bu məsələdəki səmimiyyətlərinə yaxından şahidik. Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik”.

XəbərAl.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətini yaxşı istifadə etməlidir.

““3+3” əməkdaşlıq platformasını irəli sürdük. “3+3” platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır. Bu məsələdə atılacaq addımlarla bölgədə sülh bərqərar olunacaq. Bu tarixi fürsətin gerçək olmayan həvəslər, çıxışlar və əməllərlə qaçırılmaması ən böyük diləyimizdir. Bölgədə yeni vəziyyətə fayda vermək istəyən hər kəs nifrət və təhrik siyasətindən vaz keçərək sülh və əməkdaşlığı təşviq etməsi şərtdir. Belə bir iqlim formalaşdıqda Ermənistanla əlaqələrin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə söyləyirik. Bu ümidverici prosesin Azərbaycanla Ermənistanın imzaladıqları atəşkəs bəyanatını əhatəli bir sülh anlaşması ilə taclandıracağı halda çox daha sağlıqlı davam edəcəyinə inanırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir