Siyasət

Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi

Sharing is caring!

Əziz müsəlman yurddaşlarım!

On bir ayın sultanı, müqəddəs Qurani – Kərimin nazil olduğu, insanları xeyirxahlığa, birliyə, qardaşlığa, bərabərliyə səsləyən
müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirəm.

Uca Tanrıdan  dünyamıza sülh, xalqımıza əmin – amanlıq arzulayıram.

Vətən uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Uca Yaradan tutduğunuz orucu, qıldığınız namazı, etdiyiniz duaları qəbul etsin, dövlətimizi, xalqımızı qorusun!

Ramazan bayramınız mübarək!

Fəzail Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri

12 May 2021 – ci il

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir