Siyasət

Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb – Mehriban Əliyevadan təbrik

Sharing is caring!

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə xalqı təbrik edib.

XəbərAl.az xəbər verir ki, Mehriban Əliyeva Şuşa şəhərində Cıdır düzündə Prezident İlham Əliyevin Novruz tonqalını yandırdığı anın video görüntüsünü paylaşaraq ürək sözlərini yazıb: 

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun!

Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin.Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Dərin hörmət və sevgilərlə,

Sizin Mehriban”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir