Siyasət

İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını etdi

Sharing is caring!

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Binanın inşası zamanı həm eskteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Müasir texnoloji sistemlərlə təchiz olunmuş binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir