Siyasət

Deputat:”Qazilərimiz və veteranlarımız status almaq üçün Bakıya niyə gəlməlidir?”

Sharing is caring!


“1994-cü ildə bizə 3 il vaxt lazım oldu ki, qazilər və veteranlarla bağlı problemi həll edək. Hesab edirəm ki, qazilərimiz, veteranlarımızla bağlı məsələnin həllinə diqqət artırılmalıdır. Rayonlarda yaşayan qazi və veteranların Bakıya gəlməsinə niyə ehtiyac olsun?”
XəbərAl.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

T. Kərimli əlavə edib ki, rayonlarda müvafiq regional şöbələr və komissiyalar yaradılsın: “Elə yerindəcə qazilərin və veteranların müraciətinə baxılsın və onların statusu, vəsiqə məsələsi həll edilsin”.

T. Kərimli diqqəti Vətən müharibəsi zamanı Ahıska türklərinin fəaliyyətinə də çəkib: “Onlar I Qarabağ müharibəsində fəal iştirak ediblər. Aslan kimi vuruşublar. Bu müharibədə də ahıska türkləri iştirak edib. Onlara minnətdarlıq edirəm. Mənim deputat seçildiyim Ağsu rayonunda da onlar yaşayır. Bu xalq qarşısında vəfa borcumuz var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir