Siyasət

Gənc xanım millət vəkili şəhid ailələrin ziyarət edib – FOTO

Sharing is caring!

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən millət vəkili seçillmiş Milli Məclisin ən gənc xanım deputatı Səbinə Xasıyeva millət vəkili seçildiyi ərazi üzrə ikinci qarabağ müharibəsində şəhid olanların Ailəsin ziyarət edərək onların gündəlik qayğı və probləmi ilə maraqlanıb.

XəbərAl.az xəbər verir ki, bu haqda gənc millət vəkili özünün sosial hesablarında paylaşım edib. Sözü gedən paylaşmı olduğu kimi oxucularmızın diqqətinə çatdırırıq.

Qaradağ və Yasamal rayonunda  Vətən müharibəsinin bir qrup qazi və şəhid ailələrinə dəstək olmaq məqsədi ilə onları ziyarət edəndən  sonra  bu gün Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan daha iki şəhid ailəsinə baş çəkdim. Şəhid valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlandım.

Onların qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarətdə saxlayacam. Şəhid ailələri göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına  və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər.. Köməkçim Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova da mənimlə birlikdə görüşlərdə iştirak etdilər.

Hər bir dövlət məmuru və vətənpərvər insan şəhid ailələrinə daimi diqqət və qayğı göstərməyi özünün mənəvi borcu bilməlidir. Şəhid və qazi ailələrinə  bundan sonra da  mütəmadi ziyarət edəcəm. Deyə millət vəkili Səbinə Xasıyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir