Siyasət

Prezident bu Fərmanda dəyişiklik etdi

Sharing is caring!

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

XəbərAl.az-ın məlumatına görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 dekabr tarixli 1210 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilir:

6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:

“6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.

Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilir:

“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir